Azermed’s Weblog

Just another WordPress.com weblog

Boy geni tapıldı

dna1.jpg

Harvard və Oxford universitetlərinin əməkdaşlığı ilə aparılan tədqiqatlar nəticəsində insanlarda boyu müəyyən edən gen aşkar edilib.35 min insanın DNTsini nəzərdən keçirən alimlər  bəzi insanların digərlərindən daha uzun olmasının səbəbini genetik şifrələrdə olan dəyişiklikdə görürlər.Tədqiqata görə boyu müəyyən eden  “HMGA2” adlı genin şifrəsində  T(timin) əvəzinə C (sitozin) olan bir insanın boyu digərlərindən yarım santimetr uzun olur.  “Nature Genetics” jurnalında yayılan xəbərdə tədqiqatçı Joel Hirshhorn,”uzunluq cox qarışıq xüsusiyyətdir,genetik və genetik olmayan faktorlardan aslıdır.Həmçinin bu tədqiqatın diabet, xərçəng və insan xəstəliklərinə də faydalı olacağını düşünürük” deyə öz fikrini bildirib.   Tədqiqatlar nəticəsində müəyyən olunub ki ,“HMGA2” geni şişin əmələ gəlməsinə təsir edir.Belə ki,uzun boylu insanlarda xərçəng olma ehtimalı daha yüksəkdir.

Şubat 1, 2008 Yazan: azermed | Uncategorized | | Henüz Yorum Yok

SOMATIK HÜCEYRƏ NÜVƏSI TRANSFERI

SOMATIK HÜCEYRƏ NÜVƏSI TRANSFERI

Somatik hüceyrə nüvəsi transferi üsulunda ilkin yetişkin bir məməmlinin  somatik hüceyrəsi alınır.Kultura mühitində hüceyrə G0 mərhələsində dayandırılır.Bunun üçün hüceyrənin qidalanma mühiti zəiflədilir inkişafı dayandırılır.Daha sonra bu hüceyrənin DNTsi çıxarlır.sonra eyni növdən olan dişinin da yumurta hüceyrəsinin Dntsi  çıxarılır.Bədən hüceyrəsindən əldə edilən DNT yumurta hüceyrəsinə köçürülür.Əmələ gələn hüceyrədə donorun DNTsi olur.Beləliklə donor   hüceyrədən alınan nüvənin yaşaması əldə edilir.Yeni hüceyrə normal inkişafa başlayır.Əmələ gələn embrion  yetişkin bir dişinin balalığına köçürülür və hamiləlik dövrü başladılır.Klonlanan canlı nomal doğumla dünyaya gəlir.Doğulan canlı somatik hüceyrənin alındığı canlının genetik xüsusiyyətlərini daşıyır.

Ocak 27, 2008 Yazan: azermed | Uncategorized | | 1 Yorum

Klonlaşdırma

DOLLY

1997-ci  ildə  İngiltərədəki Roslin Universitetindən Lan Wilmut  və əməkdaşları  klonlaşmış bir qoyunun dünyaya göz açdığını açıqladılar.Onlar bu qoyunu DOLLY olaraq adlandırdılar.Bundan sonra laboratoriyalarda müxtəlif canlılar- inək siçan meymun  klonlaşdırıldı.Əslində heyvanların klonlaması dolly ilə başlamadı.Hələ 1950-Ildə  alimlər çömcəquyruqların klonlaşdırıla biləcəyini söyləmişdilər.1970-ci ildə  JOHN GURDON adlı tədqiqatçı  yetişkin bir qurbağanın dəri hüceyrəsindən aldığı nüvəni  bir başqa qurbağadan aldığı nüvəsi yox edilmiş mayalanmamış yumurta hüceyrəsinə  köçürür.Bu yumurta hüceyrəsinin inkişafı nəticəsində  əmələ gələn çömçəquyruq nüvəsi alınmış qurbağanın genetik xüsusiyyətlərini daşıyıb.Amma alınmış çömçəquyruqlar inkişaf  etməyərək məhv olublar.Ancaq istifadə etdiyi üsul gələcəkdə bir  çox təcrübələr üçün əsas oldu.Gurdonun üsulunun məməli heyvanlarda  işə yaraya biləcəyi dollyye qədər isbat olunmadı.Sadəcə olaraq 1970-ci illərdə alimlər siçan inək  və qoyun kimi bəzi məməlilərin embrionlarını klonlaşdırabilirdilər.Bu təcrübələrdə embrionlar eyni parçalara ayrıldı və eyni yumurta əkizləri əmələ gəldi.Bu embrionlar bir sperm tərəfindən mayalanmış  bir yumurta hüceyrəsi tərəfindən əmələ gəldiyi üçün həm ananın həm də atanın genetik xüsusiyyətini daşıyırdı.

Ocak 27, 2008 Yazan: azermed | Klon | | 1 Yorum